ain.az, Lent az portalına istinadən məlumat yayır.
Bakıda atasının avtomobili ilə avtoxuliqanlıq edən yeniyetmə saxlanılıb.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
17 yaşlı yeniyetmə atasına məxsus “Mercedes Benz 250” markalı avtomobillə avtoxuliqanlıq edib. O, nəqliyyat vasitəsini qəflətən sürətləndirib, təkərin yerə sürtünməsi nəticəsində möhkəm səs çıxarıb və yer səthində izlər yaranıb. Bu əməlinə görə o, yol polisi tərəfindən saxlanılaraq barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Yeniyetmənin sözlərinə görə, usta ilə atasının danışığı zamanı “təkcə sürməklə deyil, maşını yormaq lazımdır” deyildiyini eşidib. O, səhvini başa düşərək bir daha belə hərəkətlər etməyəcəyini deyib.
Onun atası isə pedaqoq olduğunu və oğlunun əməlindən xəcalət çəkdiyini bildirib. Onun sözlərinə görə, istəyərdi ki, oğlu elmi məqalələr yazsın, elmi çıxışlar hazırlasın. Oğlu usta ilə arasında olan danışığı səhv başa düşüb. O, oğlunun yeniyetmə olmasının nəzərə alınmasını xahiş edib.
Məhkəmənin qərarı ilə şəxs 750 manat məbləğində inzibati qaydada cərimələnib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.