EN

Yaxın Şərqdə qarşılıqlı raket zərbələri dayansa da, bazara neft nəqli hələ ki, bərpa edilməyib

Bakı, 8 mart, AZƏRTAC

Bu gün Hörmüz boğazının bağlı qalması dünya neft bazarına tələb olunan 12 milyon barel neftin bazara çatdırılmasına imkan vermir. Problem neft hasilatının və istehsalının, eləcə də emalının azalmasında və dayanmasında deyil. Problem neftin bazara nəql olunmasındadır.

AZƏRTAC xəbər verir ki, geosiyasi proseslərin nə vaxt səngiyəcəyi isə heç kimə məlum deyil.

Avropada neft məhsullarının qiyməti də 2008-ci ildən bu günə kimi rekord həddə çatıb. Aviasiya yanacağının bir barelinin qiyməti 226,40, dizelin qiyməti isə 203,59 dollara çatıb.

Bu gün səhər saatlarında İran ilə ABŞ arasında atəşkəs rejiminin yaradılması haqqında xəbərlər meydana çıxandan sonra bazar öz reaksiyasını göstərdi və neftin qiyməti azaldı. İran tərəfi bəyan edib ki, Hörmüz boğazı başlanan danışıqların sülh ilə nəticələnəcəyi təqdirdə açılacaq. Qarşılıqlı raket zərbələri dayansa da, bazara neft nəqli hələ ki, bərpa edilməyib. Bu, qiymətlərin yüksək həddə olacağını deməyə əsas verir.

Bütün bunlarla yanaşı, Rusiyanın Nijninovqorod vilayətində “Lukoil”ə məxsus neft emalı zavodu Ukrayna dronlarının zərbəsinə məruz qalaraq fəaliyyətini dayandırıb. Bu Rusiyanın 4 iri neft emalı zavodundan biridir və ildə 16 milyon ton neft emal etmək gücünə malikdir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyaya dünya enerji bazarında yaranmış bahalaşmadan pul qazanıb müharibəyə sərf etməsinə imkan verməyəcək. V. Zelenskinin sözlərindən belə aydın olur ki, Ukrayna dronlarının Rusiyanın neft sənayesinə hücumu davam edəcək.

 

Chosen
31
1
azertag.az

2Sources