"Tariflər tətbiq olunarsa, İran Hörmüz boğazından keçən gəmiçilikdən ildə 64 milyard dollar qazana bilər".
Adalet.az xəbər verir ki, bunu IRIB televiziya və radio şirkətinin siyasi informasiya şöbəsinin müdiri Həsən Abedini deyib.
"Məsələn, keçən il boğazdan 32 min gəminin keçdiyini nəzərə alsaq və onların hər birindən 2 milyon dollar toplasaq, ümumi məbləğ təxminən 64 milyon dollar təşkil edir", - Abedini bildirib.
Qeyd etmək lazımdır ki, İranın Hörmüz boğazı üzərində nəzarəti Tehranın ABŞ ilə sülh danışıqlarının əsasını təşkil edən 10 maddəlik planında əks olunub.