AZ

İran Hörmüzdən il ərzində bu qədər “xərac” toplayacaq: Fantastik məbləğ

Tariflər tətbiq olunarsa, İran Hörmüz boğazından keçən gəmiçilikdən ildə 64 milyard dollar qazana bilər.

Publika.az xəbər verir ki, bu barədə dövlətə məxsus IRIB televiziya və radio şirkətinin siyasi informasiya şöbəsinin müdiri Həsən Abedini bildirib.

"Məsələn, keçən il boğazdan 32 min gəminin keçdiyini nəzərə alsaq və onların hər birindən 2 milyon dollar toplasaq, ümumi məbləğ təxminən 64 milyard dollar təşkil edir", - Abedini bildirib.

Qeyd etmək lazımdır ki, İranın Hörmüz boğazı üzərində nəzarəti Tehranın ABŞ ilə sülh danışıqlarının əsasını təşkil edən 10 maddəlik planında əks olunub.

Seçilən
0
2
publika.az

5Mənbələr