EN

Vaşinqtonun NATO ya qarşı tənqidləri fonunda Rutte ABŞ də Trampla GÖRÜŞƏCƏK

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

NATO baş katibi ABŞ-yə səfərə gedir.

Redaktor.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte aprelin 8-də ABŞ-yə səfərə başlayacaq.

Səfərin aprelin 12-dək davam edəcəyi bildirilir.

Rutte ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə görüşəcək.

Qeyd edək ki, görüşlər ABŞ-nin NATO-nu tənqid etməsi fonunda baş tutacaq.

Donald Tramp daha əvvəl NATO müttəfiqlərini tənqid edib və Alyansın xərclərini azalda biləcəyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
redaktor.az

2Sources