Azərbaycan Turizm və Menecment Universiteti Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində öz stendi ilə iştirak edir. Sərgi Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq müstəvidə tanıdılması, xarici tələbələrin cəlbi və akademik əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyır.
ATMU-nun sərgidə qurulan stendində ziyarətçilərə universitetdə tədris olunan ixtisaslar, qəbul qaydaları, beynəlxalq mübadilə proqramları və tələbə həyatı barədə ətraflı məlumat təqdim olunub. Sərgi iştirakçıları tərəfindən universitetə böyük maraq göstərilib, xüsusilə turizm və xidmət sahələri üzrə olan ixtisaslar daha çox diqqət çəkib.
“Study in Azerbaijan” sərgisi Azərbaycan təhsilinin beynəlxalq platformada təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir və yerli ali təhsil müəssisələri üçün yeni əməkdaşlıq imkanları yaradır.
Qeyd edək ki, ATMU-nu sərgidə strateji inkişaf üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru Araz Aslanlı, tədrisin təşkili şöbəsinin təhsil məsələləri üzrə müdir müavini Liana Sadıqzadə və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Aytac Babayeva təmsil edirlər.
Z.HÜSEYNOVA
XQ