EN

İran XİN sözçüsü sinaqoqun dağıdılmasını PİSLƏDİ

İran XİN ABŞ və İsraili sinaqoqun dağıdılmasına görə ittiham edib.

Redaktor.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

O, Tehranda yerləşən tarixi Rafieinia sinaqoqunun dağıdılmasını pisləyərək hadisəni “alçaq müharibə cinayəti” adlandırıb.

Bəqai X sosial şəbəkəsində yazıb ki, sinaqoqun dağıdılması dini irsə qarşı təhqirdir.

Onun sözlərinə görə, hadisə yəhudi bayramları zamanı baş verib.

Sözçü əlavə edib ki, bu cür hücumlar İran xalqı tərəfindən qəzəblə qarşılanır və ölkə özünü müdafiə etməkdə qərarlıdır.

Aminə ŞAHSUVARQIZI

Chosen
20
1
redaktor.az

2Sources