EN

Mərkəzi Bank “eManat”ın özünü 50 000 manat, vəzifəli şəxsini isə 10 000 manat cərimələdi

Mərkəzi Bank “Modenis” MMC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

 FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Belə ki, tənzimləyici tərəfindən 04.06.2025 – 18.07.2025-ci il tarixlərində “Modenis” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq “Modenis” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilib. (Apa)

Chosen
7
5
fed.az

10Sources