ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə müharibə və gübrə qıtlığının yaratdığı təzyiqlər fonunda ərzaq məhsullarında bahalaşmanın qarşısını almaq məqsədilə bir sıra məhsulların vergidən azad edilib. Bu addım daxili bazarda qiymət artımını cilovlamaq və istehlakçıların yükünü azaltmaq baxımından mühüm alət kimi qiymətləndirilir. Qlobal miqyasda davam edən geosiyasi gərginlik, logistika zəncirindəki problemlər və kənd təsərrüfatı xərclərinin artması fonunda Azərbaycanda da oxşar addımların atılıb-atılmaması müzakirə mövzusuna çevrilib.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov deyib ki, regionda baş verən geosiyasi gərginliklər, xüsusilə müharibə şəraiti və gübrə bazarında yaranan qıtlıq fonunda bir sıra ölkələrdə kənd təsərrüfatı məhsullarının qiymətində ciddi dalğalanmalar müşahidə olunur:“Bu kontekstdə Türkiyədə bəzi kənd təsərrüfatı məhsullarının və istehsal vasitələrinin vergidən azad edilməsi qərarı diqqət çəkir. Məqsəd daxili bazarda qiymət artımının qarşısını almaq və fermerlərin istehsal xərclərini azaltmaqdır. Azərbaycanda da oxşar mexanizmlərin tətbiqi mümkündür və müəyyən mənada artıq tətbiq olunur. Belə ki, kənd təsərrüfatı istehsalçıları bir sıra vergilərdən azaddır, eyni zamanda gübrə və digər istehsal vasitələrinə dövlət tərəfindən subsidiyalar verilir. Zənnimcə,məhsulların tam şəkildə vergidən azad edilməsi məsələsinə daha ehtiyatla yanaşmaq lazımdır. Yaxın zamanda bu addım bazarda qiymət artımını cilovlaya və fermerlərin maliyyə yükünü azalda bilər. Xüsusilə ərzaq inflyasiyasının yüksəldiyi dövrlərdə bu cür qərarlar sosial baxımdan müsbət təsir göstərir və əhalinin alıcılıq qabiliyyətini qismən qoruyur”. O bildirib ki, vergi güzəştləri yerli istehsalın genişlənməsinə və idxaldan asılılığın azalmasına stimul verə bilər:“Bu siyasətin müəyyən riskləri də mövcuddur. Vergidən azadolmalar dövlət büdcəsi gəlirlərinin azalmasına səbəb olur. Bundan əlavə, praktiki təcrübə göstərir ki, vergi güzəştləri hər zaman son qiymətlərə tam şəkildə ötürülmür və bəzi hallarda bazarda fəaliyyət göstərən vasitəçilər bu fərqdən əlavə qazanc əldə edə bilirlər. Bu isə gözlənilən effektin zəifləməsinə gətirib çıxarır. Uzunmüddətli vergi azadolmaları bazar mexanizmlərinin təhrif olunmasına səbəb ola bilər. Bəzi məhsulların həddindən artıq stimullaşdırılması digər sahələrin inkişafını ləngidə, fermerlərin isə dövlət dəstəyindən asılılığını artıra bilər”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.