Gecə ərzində əldə olunmuş atəşkəs razılaşmasını alqışlayıram. Bu, regiona və dünyaya, qısa müddətli də olsa, bir nəfəs alma imkanı verəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmer "X" səhifəsində paylaşım edib.
"Tərəfdaşlarımızla birlikdə bu atəşkəsi dəstəkləmək və davamlı etmək, onu uzunmüddətli razılaşmaya çevirmək və Hörmüz boğazını yenidən açmaq üçün əlimizdən gələni etməliyik", - o bildirib. .
"Cebheinfo.az"