EN

Dünya nəfəsini dərmədən bu prosesi izlədi KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ ilə İran arasında atəşkəslə bağlı əldə olunan razılıq, dünyanı böyük bir gərginlikdən xilas etdi.

KONKRET.az yenoisabah-a istinadən aprelin 7-dən 8-nə keçən gecə cərəyan edən prosesin xronologiyasını təqdim edir.

Prosesdə əsas rolda Pakistan – bu ölkənin Baş naziri Şahbaz Şərif və Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munir olub.

Əvvəlcə Ş.Şərif ABŞ Prezidenti Donald Trampı İranla razılaşma əldə etmək üçün son müddəti daha iki həftə uzatmağa çağırıb. Baş nazir bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

Ş.Şərif həmçinin İranı xoşməramlı jest olaraq bu iki həftə ərzində Hörmüz boğazını açmağa çağırıb.

Ardınca İsrail Müdafiə Ordusu Tehrandakı sinaqoqa endirilən zərbəyə aidiyyəti olduğunu etiraf edərək hədəfin yüksəkrütbəli İran komandanı olduğunu bildirib və yaxınlıqda yerləşən yəhudi sinaqoqunun dağılmasına görə təəssüfünü ifadə edib. Bu barədə “The Times of Israel” nəşri İsrail Müdafiə Ordusunun bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrail Müdafiə Ordusu İranın fövqəladə hallar üzrə hərbi komandanlığı olan “Xatəm əl-Ənbiya”dan olan yüksəkrütbəli komandana zərbə endirildiyini etiraf edib.

Bakı vaxtı ilə gecə saat 2 radələrdinə İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr limanındakı xüsusi neft-kimya zonası hücuma məruz qalıb. Hadisə ilə bağlı Mahşəhr Neft-Kimya Xüsusi İqtisadi Zona Təşkilatı məlumat yayıb.

“Mahşəhr limanındakı xüsusi neft-kimya zonasındakı “Əmir Kəbir Neft-Kimya Şirkətinin vahidlərindən biri ABŞ-İsrail hücumuna məruz qalıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, hava zərbəsi nəticəsində yanğın qeydə alınıb: “İndiyədək işçilərin xəsarət alması ilə bağlı heç bir məlumat daxil olmayıb”.

Gecənin gündəm olan bəyanatı isə Vaşinqton cəbhəsindən gəlib. ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb. O, bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.

D.Trampın sözlərinə görə, bu qərar, onu gecə İrana qarşı planlaşdırılan dağıdıcı gücün tətbiqindən çəkinməyə çağıran Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirlə aparılan danışıqların yekununda qəbul edilib.

Birləşmiş Ştatlar lideri qeyd edib ki, söhbət ikitərəfli atəşkəsdən gedir.

O, həmçinin iddia edir ki, ABŞ artıq qarşıya qoyulan bütün hərbi məqsədləri yerinə yetirib və hətta onları aşıb, eləcə də İranla və Yaxın Şərqdə uzunmüddətli sülhə dair yekun razılaşmanın hazırlanmasında əhəmiyyətli dərəcədə irəliləyib.

Trampın sözlərinə görə, Vaşinqton İrandan 10 bəndlik təklif alıb və onu danışıqlar üçün mümkün əsas kimi nəzərdən keçirir. Onun iddiasına görə, ABŞ və İran arasında əvvəlki mübahisəli məsələlərin əksəriyyəti üzrə artıq razılıq əldə olunub, iki həftəlik müddət isə razılaşmanın yekunlaşdırılması və imzalanması üçün lazımdır.

“Amerika Birləşmiş Ştatları adından, Prezident kimi, həmçinin Yaxın Şərq ölkələrini təmsil edərək, bu çoxdankı problemin öz yekun həllinə yaxın olmasını şərəf hesab edirəm”, – o vurğulayıb.

İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) isə ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb və Ağ Evin qəbul etdiyi şərtləri açıqlayıb. Bəyanatda ABŞ Prezidenti Donald Trampın Tehranın 10 bəndlik təklifini qəbul etdiyi iddia olunur.

“Düşmən İran xalqına qarşı apardığı müharibədə sarsıdıcı məğlubiyyətə uğrayıb, İslam Respublikası Amerikanı 10 maddəlik planını qəbul etməyə məcbur edib”, – bəyanatda bildirilib.

Şura İranın Ağ Evə təkliflərini də açıqlayıb:

“Bu planda Amerika təcavüz etməməyə, İranın Hörmüz boğazı üzərindəki nəzarətinin davam etməsinə, uranın zənginləşdirilməsini qəbul etməyə, bütün sanksiyaların ləğvinə, BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə qəbul olunan bütün qətnamələrə son qoymağa, İrana dəymiş zərəri ödəməyə, ABŞ ordusunun bölgədən çıxarılmasına və bütün cəbhələrdə, o cümlədən Livanın islami müqavimətinə (“Hizbullah”) qarşı müharibəni dayandırmağa öhdəlik götürüb”.

İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdiyi səylərə görə Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirə təşəkkür edib. Əraqçi bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

İran İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdikləri yorulmaz səylərə görə əziz qardaşlarım, Pakistanın Baş Naziri Şərifə və Feldmarşal Munirə təşəkkür və minnətdarlığımı bildirirəm”, – məktubda qeyd olunub.

İran ilə ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkə hesabında yazıb.

“Böyük təvazökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, öz müttəfiqləri ilə birlikdə, Livan və digər ərazilər də daxil olmaqla, hər yerdə atəşkəs barədə razılığa gəliblər”,- o bildirib və əlavə edib ki, atəşkəs razılaşması dərhal qüvvəyə minməlidir:

“Bu müdrik jesti hərarətlə alqışlayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirir və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il, cümə günü İslamabada dəvət edirəm”.

Ş.Şərif qeyd edib ki, İslamabad aanışıqları davamlı sülhə nail olmaqda uğur qazanacaq.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarında iştirak edəcəyi ehtimal olunur.

Məsələ ilə bağlı ABŞ Prezident Administrasiyasının nümayəndələri bildiriblər.

Telekanalın məlumatına görə, görüş Pakistanın vasitəçiliyi ilə keçirilə bilər. Danışıqlarda həmçinin Pakistan tərəfinin nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.

Mənbələrin məlumatına görə, hazırda Macarıstanda səfərdə olan Cey Di Vensin iş qrafikinə İslamabada səfər daxil edilə bilər.

Qeyd olunur ki, Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran nümayəndə heyətlərini aprelin 10-da ölkə paytaxtında danışıqlar aparmağa dəvət edib.

İran Ali Milli Təhlükəsizlik Şurasının İslam Respublikasının Amerika üzərində qələbə qazanması ilə bağlı bəyanatı ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib və o, bunu yayan CNN-i dezinformasiyada günahlandırıb.

Tramp bu barədə “Truth Social” hesabında yazıb.

“CNN World News” tərəfindən yayımlanan bəyanat, CNN-in də yaxşı bildiyi kimi saxtakarlıqdır”, – ABŞ Prezidenti bildirib və əlavə edib ki, İranın rəsmi bəyanatı xarici işlər naziri Abbas Əraqçinin sosial şəbəkə hesablarında bölüşdüyü sənəddir:

“O bəyanatı (Əraqçinin yaydığı sənədi) “Truth”da paylaşdım. Səlahiyyətlilər saxta “CNN World” Bəyanatının verilməsində cinayət izi müəyyən etməyə çalışırlar. CNN-ə hər zamankı kimi bərbad reportajlarına görə tam üzr istəyərək bu bəyanatı dərhal geri götürməsi əmr edilir. Araşdırmanın nəticələri yaxın gələcəkdə elan ediləcək”.

Prezident Donald Tramp bildirib ki, İranla iki həftəlik atəşkəs razılaşması əldə edildikdən sonra ABŞ tam və qəti qələbə qazanıb. Tramp bunu AFP-yə açıqlayıb.

“Tam və qəti qələbə, 100 faiz və bu barədə heç bir şübhə yoxdur”, – Tramp atəşkəs elan edildikdən qısa müddət sonra telefonla qısa müsahibəsində deyib.

ABŞ lideri razılaşma pozularsa, İranın mülki elektrik stansiyalarını və körpülərini darmadağın etmək barədə ilkin təhdidlər barədə suala ətraflı cavab verməyib. “Bunu görməli olacaqsınız”, – Tramp AFP-yə deyib.

Onun sözlərinə görə, İranın zənginləşdirilmiş uranı məsələsi həll ediləcək:

“İranı iki həftəlik atəşkəs razılaşmasına üçün danışıqlar masasına gətirməyə Çinin kömək etdiyinə inanıram”.

ABŞ prezidentinin çinli həmkarı Si Cinpinlə görüşmək üçün may ayında Pekinə səfər etməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
41
konkret.az

10Sources