EN

Sumqayıtda “BMW” qəfil yandı

Sumqayıtda minik avtomobilinin yanması ilə nəticələnən hadisə baş verib. 

NOCOMMENT.az xəbər verir ki, Hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 1967-ci il təvəllüdlü Muradov Çingiz Zöhrab oğluna məxsus “BMW” markalı avtomobil qəfil yanmağa başlayıb. Hadisə yerinə operativ şəkildə yanğınsöndürənlər cəlb olunub.

Alov qısa müddət ərzində söndürülüb və ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
9
1
nocomment.az

2Sources