EN

Lombard şirkətinin illik gəlirlilik dərəcəsi 15% olan istiqrazları yerləşdiriləcək TARİX

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

7 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə lombard şirkəti "BQ" ASC-nin  2milyon manatlıqistiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 16.04.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların illik gəlirlilik faizi: 15%-dir. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "BQ" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2007020939

İstiqrazların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması:  Kütləvi/Birqiymətli hərrac

İstiqrazların sayı:  20 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  2 000 000 manat

İllik gəlirlilik faizi: 15%

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  7 il

Ticarətə buraxılma tarixi:  16.04.2026

Anderrayter:  "İNVEST-AZ İnvestisiya Şirkəti" QSC

Qeyd edək ki, hazırda "BQ" ASC-nin 4010 manatlıq 2 səhmi (100%) Quliyev Eldar oğluna məxsusdur. Fərman Quliyev atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır. Həmçinin "Sizin Lombard" brendinin sahibi "GL" ASC-nin nizamnamə kapitalının 100%-i də Quliyev Fərman Eldar oğluna məxsusdur.

“BQ” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamağa qəbul edən kommersiya hüquqi şəxsdir. Təşkilat təminatlı kredit bazarında rəqabət aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
marja.az

2Sources