EN

Şəmkirdə traktorla "VAZ" toqquşdu - Xəsarət alanlar var

Şəmkirdə minik maşını ilə traktor toqquşub.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə Şəmkir-Samux yolunun rayonun Şəmkir rayonu ərazisində keçən hisəsində baş verib.

Belə ki, hərəkətdə olan traktor ilə "VAZ-21099" markalı minik avtomobili toqquşub. Qəza zamanı Samux rayon sakinləri 1963-cü il təvəllüdlü İ.Seyidzair, 1971-ci il təvəllüdü E.Zeyidzair, 1969-cu il təvəllüdlü M.Seyidzair və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

Tural Əhmədov

Chosen
30
2
unikal.az

3Sources