EN

Türk dünyası tarixində baş verənlər - 8 aprel

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamının 34-cü ildönümü ilə bağlı paylaşım edilib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban qətliamından 34 il ötür.

1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmış, yaşayış məntəqəsi yerlə-yeksan edilmişdir.

779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalmış, 67 nəfər isə xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalır.

Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Chosen
30
turkic.world

1Sources