EN

Ayın uzaq tərəfindən çəkilən möhtəşəm görüntü - FOTO

"Artemis II" missiyası çərçivəsində "Orion" kosmik gəmisinin ekipajı tərəfindən çəkilmiş, 1968-ci ilə aid məşhur Ay fotosunun bənzəri olan görüntü yayımlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Ağ Evin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Təqdim olunan kadrlarda Yerin Ay üfüqünün arxasına çəkildiyi an əks olunub. Fotoşəkil rəsmi olaraq "Yerin qürubu" adlandırılıb. Məlumatda qeyd olunur: "Bəşəriyyət digər tərəfdən. Ayın uzaq tərəfindən çəkilmiş ilk fotoşəkil".

Görüntü kosmonavtika tarixinin ən məşhur fotolarından biri sayılan "Yerin doğuşu" kompozisiyasını demək olar ki, tam şəkildə təkrarlayır. Həmin foto 1968-ci ildə "Apollo-8" kosmik gəmisinin Ay ətrafında uçuşu zamanı astronavt Uilyam Anders tərəfindən çəkilmişdi.

Xatırladaq ki, "Artemis II" missiyası aprelin 1-də Floridadakı Kennedi adına Kosmik Mərkəzdən start götürüb. Yarım əsrdən sonra ilk dəfə bəşəriyyət yenidən Ay istiqamətinə insanlı missiya həyata keçirib.

 

 

Chosen
23
1
azedu.az

2Sources