EN

Büdcədən yeddi milyard dolların ayrılmasını istəyirlər

ABŞ Hərbi Dəniz Qüvvələri gələn ilin büdcəsində 785 ədəd "Tomahawk" qanadlı raketinin alınması üçün 3 milyard dollar, 540 ədəd "Standard Missile 6" (SM-6) zenit-raket əleyhinə kompleksinin raketləri üçün isə 4,33 milyard dollar ayrılmasını təklif edib.

"Ölkə.az" bildirir ki, bu barədə "The War Zone" nəşri Pentaqonun dərc etdiyi sənədlərə istinadən məlumat yayıb.

Bununla da alınacaq qanadlı raketlərin sayı əvvəlki maliyyə ili ilə müqayisədə 14 dəfədən çox, raket əleyhinə raketlərin sayı isə 3,3 dəfə artacaq. Keçən il Konqres cəmi 258 milyon dollar məbləğində 55 "Tomahawk" və 1,41 milyard dollar məbləğində 166 "SM-6" raketinin alınmasını maliyyələşdirmişdi.

Nəşr qeyd edir ki, bu qədər böyük həcmdə raket alınması ilə bağlı sorğu Yaxın Şərqdə davam edən münaqişə fonunda sursat ehtiyatlarının sürətlə tükənməsi ilə əlaqədardır. İranla qarşıdurma başlayandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri artıq 850 "Tomahawk" raketi istifadə edib.

Qeyd olunur ki, bu silahlar ABŞ donanmasının döyüş gücünün əsas komponentlərindən biri hesab olunur.

Chosen
34
2
olke.az

3Sources