EN

CNN: ABŞ rəsmiləri İranla birbaşa danışıqlarda iştirak edə bilər

BAKI, 8 aprel. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner İranla keçiriləcək birbaşa danışıqlarda iştirak edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, tərəflər arasında üzbəüz danışıqların keçirilməsi variantları müzakirə olunur.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, yekun qərar yalnız ABŞ prezidenti və ya Ağ Ev tərəfindən rəsmi şəkildə elan ediləcək.

Qeyd edək ki, daha əvvəl ABŞ və İran arasında danışıqların aprelin 10-da İslamabadda keçiriləcəyi açıqlanmışdı.

Chosen
71
teleqraf.com

1Sources