EN

Atəşkəs elanından dərhal sonra İsrailə raket zərbələri

ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəs barədə bəyanatından cəmi bir qədər sonra bölgədə vəziyyət yenidən gərginləşib.

İsrail tərəfi rəsmi şəkildə bəyan edib ki, atəşkəs elanına baxmayaraq, İran hazırda İsrail ərazisinə yeni raket zərbələri endirir.

Musavat.com xəbər verir ki, İsrail ordusu ölkənin müxtəlif bölgələrində həyəcan siqnallarının işə düşdüyünü və hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyət göstərdiyini bildirib. Trampın "müharibənin həllinə çox yaxınıq" deməsindən dərhal sonra baş verən bu hücumlar, əldə olunmuş kövrək razılaşmanı ciddi təhlükə altına qoyur. İsrail rəsmiləri bu addımı atəşkəs şərtlərinin kobud şəkildə pozulması və birbaşa təxribat kimi qiymətləndiriblər.

Toğrul İsmayıl,
Musavat.com

Chosen
26
50
musavat.com

10Sources