Sosial Ədalət Partiyasının sədri, Azərbaycan parlamentinin sabiq deputatı Mətləb Mütəllimli vəfat edib.Bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, Mütəllimli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mütəllimli Azərbaycanın Milli Məclisinin I çağırış və Ali Sovetin XII çağırış deputatı olub, həmçinin Baş prokurorun birinci müavini vəzifəsində çalışıb.