EN

Ordubadda "Mədrəsə" tarix-memarlıq abidəsinin bərpası müzakirə olunub

Ordubad şəhərində yerləşən "Mədrəsə" tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı geniş müzakirə keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, tədbir AMEA Naxçıvan Bölməsi və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.

Müzakirələrdə abidənin mövcud vəziyyəti, tarixi əhəmiyyəti və qorunma perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Naxçıvanın mədəniyyət nazirinin müavini Həsən Seyidov bildirib ki, muxtar respublikada tarix-memarlıq abidələrinin qorunması istiqamətində sistemli işlər görülür. Onun sözlərinə görə, bu proses dövlət proqramları çərçivəsində sürətləndirilir.

Qeyd olunub ki, Ordubad Tarix-Memarlıq Qoruğu regionun mühüm mədəni irs obyektlərindəndir və beynəlxalq səviyyədə tanınır.

Bildirilib ki, "Mədrəsə" abidəsi Ordubadın zəngin memarlıq irsini əks etdirən nadir nümunələrdəndir və uzunmüddətli təsirlər nəticəsində qismən zədələnib.

Sonda vurğulanıb ki, abidənin bərpası həm tarixi irsin qorunması, həm də regionun sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətlidir.

Chosen
10
1
missiya.az

2Sources