İran rəsmiləri vasitəçilər vasitəsilə ABŞ və İsrailə növbəti xəbərdarlıq mesajını göndərib. “The Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə, rəsmi Tehran hələ də nəhəng silah arsenalına sahib olduğunu və geri çəkilmək niyyətində olmadığını bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, İran tərəfi əlində təxminən 15 000 raket və 45 000 pilotsuz uçuş aparatının (PUA) olduğunu iddia edərək öz qələbəsinə inandığını bildirib.
Lakin danışıqlarda iştirak edən vasitəçilər bu rəqəmlərin reallıqdan uzaq və həddindən artıq şişirdilmiş ola biləcəyini qeyd edirlər. Buna baxmayaraq, ABŞ və İsrailin davamlı hava zərbələri fonunda İranın hələ də sərt ritorikasını qoruması regionda hərbi gərginliyin daha da dərinləşəcəyindən xəbər verir.
Sara,
NOCOMMENT.az