EN

Azərbaycanda bu kredit portfeli böyüdü

Bu ilin martın 1-nə Azərbaycan banklarının sənaye sektoru üzrə biznes kredit portfeli 2,738 milyard manat təşkil edib.

Publika.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 7 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrünə nisbətən isə 36 milyon manat 1,3% artıb.

Belə ki, sənaye sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin fevralın 1-nə 2,731 miyard manat, ötən ilin martın 1-nə isə 2,702 milyard manat təşkil etmişdi.

Chosen
7
3
publika.az

8Sources