AZ

Kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli böyüyüb

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycan banklarının kənd təsərrüfatısektoru üzrə biznes kredit portfeli 2,071 milyard manat təşkiledib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıqmüqayisədə 0,7 milyon manat və ya 0,03%, ötən ilin eyni dövrünənisbətən isə 288,7 milyon manat 16,2% artıb.

Belə ki, kənd təsərrüfatı sektoru üzrə banklar tərəfindənverilmiş biznes kreditlərin məbləği 2026-cı ilin fevralın 1-nə2,070 milyard manat, ötən ilin martın 1-nə isə 1,782 milyard manattəşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin martın 1-nə Azərbaycanda banklarınkredit portfeli 30,119 milyard manat olub. Kredit portfelininstrukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat),istehlak kreditlәri 31,4% (9,467 milyard manat) vә ipotekakreditlәri 15,3 % (4,593 milyard manat) təşkil edib.

Seçilən
1
3
az.trend.az

7Mənbələr