Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Biləsuvar rayonunun Zəhmətabad kəndində fəaliyyət göstərən iki məktəbin birləşdirilməsi ilə bağlı yayılan xəbərlər sakinlərin narazılığına səbəb olub.Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, bu qərar təxminən 350 şagirdin təhsilində ciddi çətinliklər yarada bilər."Digər məktəbin yolu da təhlükəlidir. İstəmirəm ki, övladlarım həmin məktəbə getsinlər", - sakinlərdən biri deyib.
"Bu kəndin 5 min nəfər əhalisi var. Bir məktəb bu qədər şagirdi qəbul edə bilməz. Maarif şöbəsinə müraciət etdik. Bildirdilər ki, məktəbin fəaliyyətinə 2024-cü ildə xitam verilib. Kənddə yalnız bir məktəb qalacaq. Əgər bina köhnədirsə, yenisini tiksinlər. Başa düşmürəm, bunu niyə ləğv edirlər?", - digər sakin qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.