EN

Komanda özünə qayıdıb Jorj Kaşkilya

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Komanda özünə qayıdıb. Qələbə qazanmağa layiq idik"."Football-plus.az" xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli premyer-liqasının 26-cı turunda "Turan Tovuz" (1:1) ilə baş tutan matçdan sonra keçirilən mətbuat konfransında bildirib. Mütəxəssis futbolçularının əzmkarlığını yüksək qiymətləndirib:

"Oyunçularımı təbrik etmək istəyirəm. Komandam özünə qayıdıb. Belə olanda hər rəqibə çətinlik yarada bilərik. Qol vurana qədər bizim üçün çətin idi. Oyun boyunca taktiki cəhətdən yaxşı çıxış etdik".

Baş məşqçi müdafiədə yaranan boşluqlara və zədə amilinə də toxunub:

"Müdafiəmizdə anlaşılmazlıq oldu və "Turan Tovuz" hesabı bərabərləşdirdi. Ezekiel Morqan zədələnib meydanı tərk edəndən sonra müdafiədə çaşqınlıq yarandı. Komanda ikinci hissəyə daha rahat başladı. 2:1 hesabı ilə qalib gəlməli idik. Qələbə qazanmağa layiq idik. Amma 1 xal da vacibdi. Bütün diqqətimizi "Qəbələ" ilə oyuna yönəldəcəyik. Futbolçuların bərpa olunmasına diqqət yetirəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
4
icma.az

5Sources