EN

Tarixi kadr: 57 il sonra bir ilk

"Apollo 8" missiyasının astronavtı tərəfindən Yerin doğuşunu əks etdirən məşhur fotoşəkilin çəkilməsindən 57 ildən çox vaxt keçdikdən sonra, "Artemis II" heyəti planetimizin Ayın arxasında batmasını (qürubunu) lentə alıb.

Ölkə.Az xəbər verir ki, müvafiq fotoşəkil çərşənbə aqşamı günü NASA tərəfindən dərc olunub.

"Artemis II" heyəti amerikalı Reyd Uizeman, Kristina Kox, Viktor Qlover və kanadalı Ceremi Hansendən ibarətdir. Görüntü bazar ertəsi günü "Orion" kapsulunun Ay ətrafındakı orbital uçuşu zamanı qeydə alınıb.

Qeyd edək ki, "Yerin doğuşu" fotosu 2003-cü ildə "Life" jurnalı tərəfindən dünyanı dəyişən 100 fotoşəkil siyahısına daxil edilmişdi. "Artemis II" heyəti "Apollo 8"in irsindən ilhamlanaraq günə 2025-ci ilin avqustunda vəfat etmiş Cim Lovellin səs yazısını dinləməklə başlayıblar: "Bu, tarixi bir gündür və bilirəm ki, çox məşğul olacaqsınız, lakin mənzərədən zövq almağı unutmayın".

Chosen
19
2
olke.az

3Sources