EN

Zirə kimi komandadan xal qazanmaq uğurdur Ayxan Abbasov

ain.az bildirir, Qol.az portalına istinadən.

"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov

"Qol buraxdıqdan sonra da komanda dağılmadı, sona qədər şansımızı saxladıq. Bir çox oyunlarda bu çatışmırdı".

QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 26-cı turunda "Zirə" (1:1) ilə baş tutan matçdan sonra keçirilən mətbuat konfransında bildirib. Mütəxəssis oyunun gedişatını və taktiki mübarizəni belə şərh edib:

"Maraqlı və gərgin oyun oldu. Birinci hissədə taktiki savaş getdi. Təəssüf ki, Balau fürsətdən istifadə etmədi. Bilirdik ki, fasilədən sonra rəqib dəyişiklik edəcək. İlk dəqiqələrdən qırmızı vərəqə almağımız bizi çətin duruma saldı. Qol buraxdıqdan sonra da komanda dağılmadı, sona qədər şansımızı saxladıq. Bir çox oyunlarda bu çatışmırdı. 10 nəfərlə "Zirə" kimi komandadan xal qazanmaq uğurdur. Bu mövsüm "Şamaxı" öz boyundan yuxarı tullanmağı bacardı. İstəyimiz budur ki, futbolçular sona qədər mübarizə aparsınlar. Rəqibi də təbrik edirəm, bir xal qazandılar".

- Dioqo Balauya çox əsəbiləşdiniz. Günah onda idi?

- Nəyə əsəbiləşdim? Topu qəbul etdikdən sonra bu səhvləri edirdi. İrəliyə oynamaq istəyirdi. Birinci hissədə də öz tərəfimizdə elə səhv etmişdi. Üzücü hal odur ki, gələn oyun üçün itkilərimiz çoxdur.

- Qarşıdakı turda cəzalılarınız çox olacaq...

- Kərim Rossi, Dioqo Balau və mən də cəzalıyam. Sizinlə danışa-danışa fikirləşirik ki, növbəti oyun üçün 11 nəfər tapaq.(sportal.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
6
qol.az

8Sources