EN

Talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramıçərçivəsində, Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşəbbüsüvə Yeni Klinikanın təşkilatçılığı ilə könüllü qanvermə aksiyasıhəyata keçirilib.

Bu barədə Trend-ə Yeni Klinikadan məlumat verilib.

Bildirilir ki, aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən,xüsusilə talassemiyadan əziyyət çəkən pasiyentlərə dəstəkgöstərmək, onların müalicə prosesinə töhfə vermək və cəmiyyətdəkönüllü qan donorluğu mədəniyyətini təşviq etmək olub.

Aksiya zamanı Yeni Klinikada fəaliyyət göstərən tibb vəqeyri-tibb heyəti fəal şəkildə iştirak ediblər.

Donorlar ilkin olaraq Respublika Qan Bankının ixtisaslaşmışhəkim briqadası tərəfindən tibbi müayinədən keçirilib, onlarınsağlamlıq vəziyyəti qiymətləndirildikdən sonra qanvermə prosesihəyata keçirilib.

Qeyd edək ki, mütəmadi qan köçürülməsinə ehtiyacı olanpasiyentlər üçün hər bir donorun verdiyi qan həyatın qorunmasındaəvəzsiz rol oynayır. Bu kimi təşəbbüslərin davamlı şəkildəreallaşdırılması cəmiyyətin sağlamlıq rifahına mühüm töhfəverir.

Talassemiyalı
Talassemiyalı
Talassemiyalı
Talassemiyalı
Talassemiyalı
Talassemiyalı
Chosen
39
az.trend.az

1Sources