EN

Bakıda sürücülər arasında insident- Video

Bu gün paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident yaşanıb.

Hadisəyə “Bakubus” MMC-nin sürücüsünün minib-düşmə yerində dayanan taksiyə siqnal verməsi səbəb olub.

Buna əsəbiləşən BYD markalı taksinin sürücüsü maşından düşərək aqressiv davranış nümayiş etdirib. O, avtobus sürücüsünü yumruqla vurub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Sözügedən görüntüləri təqdim edirik:

Qafqazinfo.az

Chosen
43
8
musavat.com

9Sources