EN

"Rabitəbank" kreditlərin rəsmiləşdirilməsi haqqında qanunvericiliyi pozub

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib.

Azreform.info bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Bank kreditlərin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyi pozub, bu faktla bağlı AMB-yə yazılı bildiriş təqdim etməyib. Odur ki, "Banklar haqqında" qanunun 25.1.4-cü maddəsinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, "Rabitəbank"a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

"Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır", - deyə AMB bəyan edib.

Chosen
2
12
azreform.info

10Sources