Tovuzda 19 yaşlı qızı evlənmək məqsədilə qaçırmaqda şübhəli bilinən dörd nəfər saxlanılıb.
Â
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Â
Qeyd edilib ki, aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşları qızın yerini müəyyən edərək, onu ailəsinə təhvil veriblər.
Â
Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V.Tağıyeva saxlanılıblar.
Â
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb və onlar cinayət məsuliyyətinə cəlb olunublar, istintaq araşdırmaları davam etdirilir.