Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə pəncərədən daxil olaraq 2600 manat pul oğurlayıb.
"Bu barədə zərərçəkən polisə müraciət edib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Muradov saxlanılıb.