EN

Xorxe Kaskilya: “Turan”la matçda qələbəyə layiq idik” – ARENA.AZ

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Premyer Liqanın 26-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik etmək istəyirəm. Komanda doyüşkən oyun üslubuna qayıdıb. Bu tempdə davam etsək, istənilən rəqibə çətinlik yarada bilərik. İlk qolu vurana qədər oyun bizim üçün çətin keçirdi. Bütün görüş boyu taktiki cəhətdən yaxşı çıxış etdik. Müdafiədəki səhvlərimiz və Morqanın zədələnməsi səbəbilə qapımızda qol gördük. İkinci hissəyə daha rahat başladıq. 2:1 hesab ilə qalib gəlməli idik, buna layiq idik. Bu 1 xal da bizim üçün çox vacibdir. İndi bütün diqqətimiz “Qəbələ” ilə oyuna yönəlib”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
3
9
arena.az

10Sources