EN

Tovuz şəhər stadionunun qazonu yenidənqurmadan sonra təftiş edildi

Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri Peşəkar Futbol Liqası (PFL) tərəfindən təftiş olunub.

Fanat.Az PFL-ə istinadən xəbər verir ki, keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, "Turan Tovuz" klubunun ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb.

Bu dəyişiklik aprelin 12-də "Sumqayıt" kollektivinə qarşı keçiriləcək qarşılaşmadan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl qərb təmsilçisi ev oyunlarını Bakıdakı "Azərsun Arena"da ev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.

Chosen
5
3
fanat.az

4Sources