Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri Peşəkar Futbol Liqası (PFL) tərəfindən təftiş olunub.
Bu barədə "Report"a PFL-dən məlumat verilib.
Keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, "Turan Tovuz" klubunun ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb.
Bu dəyişiklik aprelin 12-də "Sumqayıt" kollektivinə qarşı keçiriləcək qarşılaşmadan etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, daha əvvəl qərb təmsilçisi ev oyunlarını Bakıdakı "Azərsun Arena"da ev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.