Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-nin vitse-prezidenti C.D. Vens Ukrayna münaqişəsinin həllində yeganə yolun diplomatik səylər olduğunu bildirib və tərəfləri danışıqlara çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Macarıstanın baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında çıxış edən Vens qeyd edib ki, ABŞ münaqişədən məmnun deyil və onun tezliklə başa çatmasını istəyir.
“Bu, müzakirə mövzusu deyil. Sual budur ki, bunu necə əldə etmək olar. Həll yolu isə mikrofon qarşısında sərt görünməyə çalışan, lakin döyüş meydanında başqalarının vuruşduğu siyasətçilər deyil. Həll davamlı diplomatiya vasitəsilə tapıla bilər”, - deyə ABŞ vitse-prezidenti bildirib.
NURİYYƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.