EN

İrəliyə doğru addım atmağa çalışırıq

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Futzal üzrə millimizin yoldaşlıq görüşü keçirəcəyi Gürcüstan və Qazaxıstan komandaları güclüdü."Football-plus.az" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Yevgeni Kukseviç Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib. O, yığmanın inkişafda olduğunu qabardıb:

"Bu cür toplanışları nə qədər çox keçirsək, futzalçılarımızın xeyrinə olacaq. Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf mərhələsindədi. Çalışırıq ki, düşündüklərimizi, etmək istədiklərimizi məşq prosesində tətbiq edək. Üç gün ərzində 5 məşq planlaşdırılıb. Artıq 4 məşqimiz olub, bu gün Bakıda sonuncu hazırlığı keçəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalar, videoanalizlər də olur. Yəni toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdu".

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb:

"Həm Gürcüstan, həm də Qazaxıstan millisi günlü rəqiblərdi. Gürcülər 2 ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Bu komanda son illərdə ciddi inkişafdadı. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk "4-lüy"ündə qərarlaşıb. Dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak ediblər, mükafatlar qazanıblar. Bu da rəqibin güclü olmasından xəbər verir. Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə matçlar təcrübə toplamaq, payızda keçirəcəyimiz rəsmi görüşlərə daha yaxşı hazırlaşmaq baxımından əhəmiyyətlidi".

Baş məşqçi bir həftə ərzində 4 oyun keçirməyin ağır olmasına rəğmən, faydalı olacağını qabardıb:

"FIFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı bu cür alındı. Çətin olsa da, oynamamaqdansa, oynamaq yaxşıdı. Yenə deyirəm, komandanın inkişafı, verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün çətinliyə rəğmən, mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik".

Millimiz aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, 13-ü və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq. Komanda sabah Bakı - Tbilisi reysi ilə Gürcüstana yola düşəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
icma.az

9Sources