AZ

Yevgeni Kukseviç: “Meydanda görəcəyimiz işlər maraqlıdır”

Futzal üzrə Azərbaycan millisi aprel ayında 4 yoxlama matçı keçirəcək.

Apasport.az xəbər verir ki, hazırda yığmamızın təlim-məşq toplanışı davam edir.

Bakıdakı hazırlıqla bağlı baş məşqçi Yevgeni Kukseviç futzal federasiyasının mətbuat xidmətinə açıqlama verib: 

“Bu cür toplanışları nə qədər çox keçirsək futzalçılarımızın xeyrinə olacaq. Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf prosesindədir. Çalışırıq ki, düşündüklərimizi, etmək istədiklərimizi məşq prosesində tətbiq edək. Üç gün ərzində 5 məşq keçməyimiz planlaşdırılıb. Artıq 4 məşqimiz olub, bu gün Bakıda sonuncu hazırlığımızı keçəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalarımız, videoanalizlərimiz də olur. Yəni toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdur”.

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb: “Həm Gürcüstan, həm də Qazaxıstan millisi günlü rəqiblərdir. Gürcülər 2 ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Son illərdə ciddi inkişafdadır bu komanda. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk “4-lüy”ündə qərarlaşıb. Bu komanda dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak edib, eyni zamanda mükafatlar qazanıb. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə oyunlar bizim də təcrübə toplamağımız, payızda keçirəcəyimiz rəsmi görüşlərə daha yaxşı hazırlaşmağımız baxımından əhəmiyyətlidir”.

Çalışdırıcı bir həftə ərzində 4 oyun keçirməyin ağır olmasına rəğmən, faydalı olacağını qabardıb: “FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı bu cür alındı. Çətin də olsa, oynamamaqdansa, oynamaq yaxşıdır. Yenə deyirəm, komandanın inkişafı, verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün çətinliyə rəğmən mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq.

DÇ: Türkiyə yığmasının oyun cədvəlində dəyişiklik edilib

Fəridə Lütfəliyeva UEFA-dan 3 təyinat alıb

Tural Qurbanov ilk beynəlxalq oyununu keçirib

İraq və Konqo DR rəsmən Dünya çempionatında

Millətlər Liqası: Pley-off mərhələsinin qalibləri müəyyənləşdi

Seçilən
9
5
apasport.az

7Mənbələr