EN

"Kapital Bank"ın İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq proqramına start verdi

Bakı. Trend:

"Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov saycabeşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsindəqaliblərlə ilk görüşünü keçirib. Proqram çərçivəsində bu il FəridHüseynov müsabiqənin iki qalibinin – Fərid Mustafayev və ElnurMirzəzadənin mentoru qismində çıxış edərək onların fərdi inkişafplanına dəstək verəcək.

Keçirilən tanışlıq görüşündə "Kapital Bank"ın İstedadların idarəedilməsi departamentinin direktoru Aygün Musayeva və həmindepartamentin Təşkilati öyrənmə və istedadların inkişafı şöbəsininmüdiri Tükəzban Qasımova da iştirak ediblər. Görüş zamanıqaliblərin gələcək karyera hədəfləri, idarəçilik bacarıqlarınıntəkmilləşdirilməsi və qarşıdakı bir il ərzində həyata keçiriləcəkbirgə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası PrezidentininSərəncamı ilə təsis edilən və 5 mərhələdən ibarət olan “Yüksəliş”müsabiqəsinin beşinci mövsümündə 124 finalçı arasından ən yüksəkbal toplayan 20 nəfər qalib adını qazanıb. Qaydalara əsasən,qaliblər idarəçi rəhbərlər (mentorlar) tərəfindən birillik fərdiinkişaf planı ilə təmin olunur və 20 min manatlıq pul mükafatı əldəedirlər.

Dördüncü mövsümün uğurlu yekunu

Daim gənc istedadların və peşəkar kadrların inkişafına töhfəverən Fərid Hüseynov, eyni zamanda Mentorluq Proqramı çərçivəsindədördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə songörüşünü keçirərək bir illik fəaliyyəti yekunlaşdırıb.

Yekun görüşdə proqramın ümumi nəticələri müzakirə olunub,iştirakçının keçdiyi inkişaf yolu, əldə etdiyi bilik və idarəçiliktəcrübələri qiymətləndirilib. Həmçinin, Elnur Abdullazadəningələcək hədəfləri dinlənilib və qazanılmış təcrübənin həm peşəkar,həm də şəxsi inkişaf baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, Fərid Hüseynov görüş haqqındatəsüratlarını öz sosial media kanalında paylaşıb:“Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadənibu proqram çərçivəsində yaxından tanıdığıma və inkişafına şahidliketdiyimə çox şadam. Mentorluq proqramı rəsmən bitsə də Elnurunhədəflərinə gedən yolda hələ qarşıda çox böyük uğurlar var. Əminəmki, peşəkar müstəvidə hələ tez-tez görüşəcəyik. Yolun açıqolsun”.

Ölkənin birinci bankı "Kapital Bank" "PAŞA Holding"ə daxildir vəAzərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi iləmüştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosialşəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formadahəyata keçirə bilərsiniz.

Chosen
15
21
az.trend.az

10Sources