ain.az, Qaynarinfo saytına istinadən bildirir.
Kapital
Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov sayca beşinci "Yüksəliş”
müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblərlə ilk görüşünü keçirib.
Proqram çərçivəsində bu il Fərid Hüseynov müsabiqənin iki qalibinin – Fərid
Mustafayev və Elnur Mirzəzadənin mentoru qismində çıxış edərək onların fərdi
inkişaf planına dəstək verəcək.
Keçirilən
tanışlıq görüşündə Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin
direktoru Aygün Musayeva və həmin departamentin Təşkilati öyrənmə və
istedadların inkişafı şöbəsinin müdiri Tükəzban Qasımova da iştirak ediblər.
Görüş zamanı qaliblərin gələcək karyera hədəfləri, idarəçilik bacarıqlarının
təkmilləşdirilməsi və qarşıdakı bir il ərzində həyata keçiriləcək birgə
fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Məlumat üçün
bildirək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən
və 5 mərhələdən ibarət olan "Yüksəliş” müsabiqəsinin beşinci mövsümündə 124
finalçı arasından ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb.
Qaydalara əsasən, qaliblər idarəçi rəhbərlər (mentorlar) tərəfindən birillik
fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq pul mükafatı əldə
edirlər.
Dördüncü
mövsümün uğurlu yekunu
Daim gənc
istedadların və peşəkar kadrların inkişafına töhfə verən Fərid Hüseynov, eyni
zamanda Mentorluq Proqramı çərçivəsində dördüncü "Yüksəliş” müsabiqəsinin
qalibi Elnur Abdullazadə ilə son görüşünü keçirərək bir illik fəaliyyəti
yekunlaşdırıb.
Yekun
görüşdə proqramın ümumi nəticələri müzakirə olunub, iştirakçının keçdiyi
inkişaf yolu, əldə etdiyi bilik və idarəçilik təcrübələri qiymətləndirilib.
Həmçinin, Elnur Abdullazadənin gələcək hədəfləri dinlənilib və qazanılmış
təcrübənin həm peşəkar, həm də şəxsi inkişaf baxımından əhəmiyyəti xüsusi
vurğulanıb.
Qeyd edək ki, Fərid Hüseynov görüş haqqında təsüratlarını öz
sosial media kanalında paylaşıb: "Dördüncü
"Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadəni bu proqram çərçivəsində
yaxından tanıdığıma və inkişafına şahidlik etdiyimə çox şadam. Mentorluq
proqramı rəsmən bitsə də Elnurun hədəflərinə gedən yolda hələ qarşıda çox böyük
uğurlar var. Əminəm ki, peşəkar müstəvidə hələ tez-tez görüşəcəyik. Yolun açıq
olsun”.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartısifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.