EN

Cari ilin ilk iki ayında 13,5 milyon dollarlıq şəkər ixrac edilib

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-fevral aylarında ölkədən 13,5 milyon ABŞ dolları dəyərində 20,3 min tondan çox şəkər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən XQ-yə verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 4,3 dəfə, həcmi isə 4,4 dəfə artıb.

Cari ilin ilk iki ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,37 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,33 faizə bərabər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
2
xalqqazeti.az

3Sources