EN

AFFA “Səbail”in baş məşqçisini CƏZALANDIRDI

Birinci Liqada mübarizə aparan “Səbail” klubunun baş məşqçisi Adil Şükürov cəzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Buna çalışdırıcının “Baku Sportinq”lə keçirilən 20-ci tur matçında ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.

A.Şükürovun bu hərəkətinə görə “dənizçilər” 3000 manat ziyana düşüb. Baş məşqçinin özünə isə dörd oyunluq cəza verilib.

Qeyd edək ki, qarşılaşma “Səbail”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

Chosen
2
1
bizim.media

4Sources