EN

Premyer Liqa: "Turan Tovuz" "İmişli" ilə heç-heçə etdi

BAKI, 7 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXVI turunda “İmişli” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə qolları Dioqo Kardozo (45-ci dəq.) və Mark Rene Mampassi (53-cü dəq.) vurublar.

Bu nəticədən sonra Kurban Berdıyevin kollektivi 49 xalla turnir cədvəlinin 3-cü pilləsində, Jorj Kaşkilyanın komandası isə 23 xalla 9-cu pillədə qərarlaşıb.

Chosen
12
teleqraf.com

1Sources