EN

Danimarkada keçiriləcək sorğuda 300 min qadın iştirak edəcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Yaxın həftələrdə 300 min danimarkalı qadın ölkənin bu günə qədər qadın sağlamlığı ilə bağlı ən böyük anket əsaslı sorğularından birində iştirak etməyə dəvət olunacaq.

AZƏRTAC “Ekstra Bladet”ə istinadla xəbər verir ki, bu barədə Orhus Universitetinin Tibb elmləri fakültəsi məlumat verib.

Qadınlar səhiyyə xidmətlərindən kişilərə nisbətən daha çox istifadə etsələr də, müasir tibbi tədqiqatlar kişilərdən toplanan məlumatlara daha çox əsaslanır. Bu tədqiqat məhz buna görə aparılır.

“Qadınlarda xəstəliklərin qarşısını almaq üçün onların sağlamlığı və həyat keyfiyyəti ilə bağlı təcrübələr haqqında məlumatlara ehtiyacımız var. Respondentlərin verə biləcəyi məhz bu cür biliklərdir”, - deyə Orhus Universitetinin Klinik tibb kafedrasının professoru Henrik Toft Sörensen bildirib.

Tədqiqat 35-60 yaş arası qadınlara yönəlib, çünki mətbuat açıqlamasına görə, bu, qadının həyatındakı erkən profilaktikanın ən vacib olduğu dövrdür. Digər məsələlərlə yanaşı, sorğu rifah, yuxu, ağrı, sümük sağlamlığı, iş, həyat tərzi və qadınların həyatının müxtəlif mərhələlərinə xas olan vəziyyətlərə yönəlmiş 11 sağlamlıq mövzusunu əhatə edəcək.

Layihə üzərində işləyən tədqiqatçılar beş ildən sonra iştirakçı qadınlar arasında təkrar sorğu keçirəcəklər. Məqsəd ondan ibarətdir ki, bu tədqiqat uzunmüddətli perspektivdə qadınlara ən çox təsir edən xəstəliklərin daha effektiv qarşısının alınmasına və müalicəsinə imkan versin.

Tədqiqatın ilk nəticələrinin 2026-cı ilin payızında dərc olunacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
azertag.az

2Sources