EN

İstanbulda İsrail konsulluğu qarşısında atışmanın təfərrüatları...

Türkiyədə İsrailin İstanbuldakı Baş konsulluğu yaxınlığında silahlı hücum həyata keçirmiş şəxslərin İŞİD terrorçu qruplaşmasının üzvləri olduğu məlum olub...

Milli.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi qanlı insidentdə iştirak edən şəxslərin qardaş olduqlarını və İstanbula İzmitdən gəldiklərini söyləyib.

"Müəyyən edilən şəxslərdən birinin dini istismar edən təşkilatla (İŞİD) əlaqəsi olduğu, ikisi qardaş olan terrorçulardan birinin isə narkoloji dispanserdə qeydiyyatda olduğu müəyyən edilib", -deyə o bildirib.

Türkiyə mediasında terrorçuların adları Onur Ç., Enes Ç. və Yunus E.S. kimi açıqlanıb. Hücumla bağlı geniş araşdırma aparılır.

Poliqon.info

Chosen
21
1
poliqon.info

2Sources