EN

İranda dəmir yolu körpüsü vuruldu, ölənlər var -VİDEO - YENİLƏNİB

İranın Kaşan şəhərində dəmir yolu körpüsünə zərbələr endirilib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.

ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər yaralanıb. 

Bundan başqa, Qum ostanında yerləşən körpülərdən birinin də ABŞ və İsrailin hücumuna məruz qaldığı bildirilir. 

***

İsrail ordusu İran vətəndaşlarını saat 21:00-a qədər qatarlarda səyahət etməməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.

Bildirilib ki, İsrail ordusu sosial şəbəkə platforması X üzərindən yaydığı açıqlamada iranlıları dəmir yolu nəqliyyatından istifadə etməməyə səsləyib və bununla da dəmir yollarının da hədəf ola biləcəyinə işarə edib.

Bəyanatda “Özünüzü təhlükəyə atacaqsınız” ifadəsi yer alıb. Qeyd olunub ki, müraciət fars dilində paylaşılıb.

Aminə ŞAHSUVARQIZI

Chosen
6
1
redaktor.az

2Sources