EN

TƏCİLİ! Azərbaycanda bu kənddə FƏLAKƏT baş verdi – Yol darmadağın olub (VİDEO)

Qubanın Qonaqkənd kəndinə gedən avtomobil yolu intensiv yağıntılardan sonra yararsız hala düşüb.

Güclü yağışlar nəticəsində yolda baş verən çökmələr və torpaq sürüşməsi asfalt örtüyünü tamamilə deformasiyaya uğradaraq “şahmat taxtası” mənzərəsini yaradıb.

NOCOMMENT.az xəbər verir ki, təbiət hadisəsi nəticəsində yolun hərəkət hissəsində dərin çatlar və qabarmalar meydana gəlib. Bu vəziyyət sürücülər üçün ciddi təhlükə yaratmaqla yanaşı, kənd istiqamətində nəqliyyatın hərəkətini də çətinləşdirib. Hazırda aidiyyatı qurumların əraziyə cəlb olunması və fəsadların aradan qaldırılması gözlənilir.

Sara,
NOCOMMENT.az

Chosen
5
nocomment.az

1Sources