EN

“Toyota Camry”yə alternativ yaratmaq üçün üçüncü cəhd

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu günlərdə Rusiyada yeni bir brendin – “Volga”nın dirçəldilməsi işinə start verilib. Əslində söhbət hansısa yeni maşının ərsəyə gətirilməsindən deyil, “Geely Monjaro”nun Nijni-Novqorodda yığılmasından gedir.

Avtosfer.az saytında bu barədə kifayət qədər məlumat verildiyi üçün texniki məsələlərə toxunmuruq. Bizi maraqlandıran “bu avtomobilin təkrar ortaya çıxmasında məqsəd nədir?” sualına cavab tapmaqdır.

Artıq avtomobilin ilk prototipləri Rusiya yollarında göründükdən sonra məqsəd və məram da məlum olub. Bəlli olub ki, GAZ bu avtomobili “Toyota Camry”yə alternativ kimi hazırlayır. Başqa sözlə, sanksiyaya qədər xidməti avtomobil olaraq “Camry” istifadə edənlər artıq yaydan etibarən “Volga”da gəzəcəklər.

Əslində bu iddiaya fikir verməmək də olardı. Lakin eyni fikir 3 ayrı istehsalçı tərəfindən dilə gətirilirsə, o zaman məsələnin ciddiliyi üzə çıxır. 

Martın əvvəllərində “Moskviç” də sözügedən yapon modelinə alternativ üzərində işlədiyini iddia edirdi. İş yarımçıq qalıb.

2025-ci ildə isə  “Avtovaz” şirkətinin direktoru Maksim Sokolov canlı yayımda “Lada Aura”nın “Toyota Camry”dən daha komfortlu olduğunu iddia etmişdi. 

Bundan bir neçə ay sonra şirkətin istehsal proqramları üzrə direktoru Oleq Qrunenkov isə daha da irəli gedərək yaxın aylarda istehsal ediləcək “Azimut”un BMW X5-dən daha yuxarı sinifə aid olduğunu bildirmişdi.

Maraqlıdır ki, “Toyota Camry”yə alternativ yaratmaqla bağlı hər 3 iddia sosial medianın rus seqmentində gülüş doğurub.

Səbəbini isə hörmətli oxucu çox yaxşı bilir. Bizim əlavə nə isə yazıb cümləpərdazlığa yol verməyə lüzim yoxdur.

Daha ətraflı: https://avtosfer.az/az/avtoxeber/yaponlardan-daha-keyfiyyetli-avtomobil-istehsal-edirik-deyen-rus-sirket-rehberi-mercedesde-gezir-vi%CC%87deo-290011

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
avtosfer.az

1Sources