EN

30 ildə 3500-dən çox soydaşımız mina qurbanı olub - Rauf Hüseynov

Bakı. Trend:

30 ildə 3500-dən çox soydaşımız mina qurbanı olub.

Trend xəbərverir ki, bunu ANAMA-nın Aparat rəhbəri Rauf Hüseynov bu gün Bakıdakeçirilən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi(ANAMA) və Gənclər Fondunun tərəfdaşlığı, “Böyük Qayıdış” GənclərTəşkilatının təşəbbüsü ilə “Böyük Qayıdış naminə təhlükəsizgələcək” adlı forumda çıxışında bildirib.

Onun sözlərinə görə, mina və partlamamış hərbi sursatlar yalnızfiziki maneə deyil:

"Onlar illər boyu insanların həyatını, arzularını və gələcəkplanlarını girov saxlayan görünməz müharibənin qalıqlarıdır. Mövcudrəqəmlər bu təhlükənin miqyasını bütün ağrısı ilə göz önünə qoyur.Belə ki, son 30 ildə 3500-dən çox soydaşımız mina qurbanı olub.

Vətən müharibəsindən (noyabr 2020) bu günədək baş vermiş 259mina partlayışı nəticəsində 421 nəfər zərər çəkib. Onlardan 72nəfəri həyatını itirib, 349 nəfəri isə müxtəlif dərəcəli xəsarətləralıb", - o bildirib.

Məqalədə:
Chosen
20
3
az.trend.az

4Sources